Onlayn ictimai-siyasi qəzet
Rusiyanın paytaxtı Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.
Bu barədə "Vaza" teleqram kanalı məlumat yayıb.
Yanğın səkkizinci sırada yerləşən ticarət pavilyonlarında qeydə alınıb.
Hazırda ziyarətçilər təxliyə edilir. Yanğının sahəsi 20 kvadratmetrdir və yayılma təhlükəsi var.
Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ