İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı döyüşçüdən Putinə müraciət: “Müharibəyə getdim, bədənim parça-parça oldu, amma Rusiya pasportu vermirlər” - VİDEO

Musavat.com xəbər verir ki, azərbaycanlı döyüşçü Rusiya prezidenti Vladimir Putinə açıq müraciət edib.

O, Rusiya uğrunda döyüşdüyünü, ağır yaralandığını, lakin hələ də Rusiya vətəndaşlığı ala bilmədiyini bildirib.

Müraciət zamanı döyüşçü Rusiyanın onun kimi insanlara vəfa borcu olduğunu vurğulayıb və hakimiyyətdən ədalət tələb edib:

“Mən sizin ölkəniz üçün döyüşdüm, müharibəyə getdim, bədənim parça-parça oldu. Amma hələ də Rusiya pasportu ala bilmirəm. Bu nə dərəcədə ədalətlidir?”

Bu müraciət sosial mediada böyük rezonans doğurub və Putinin bu çağırışa necə cavab verəcəyi maraqla gözlənilir.

Musavat.com müraciətin videosunu təqdim edir:

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR