İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanla sərhədə müşahidə missiyası göndərmək Blinkenin təklifi idi” – Dövlət Departamenti

ABŞ-ın son məqsədi Ermənistan və Azərbaycan arasında münaqişənin dinc yolla həll olunmasıdır.

Azpost.info bildirir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Vedant Patel brifinqdə deyib.

O, Avropa İttifaqının sərhədə göndərdiyi müşahidə missiyasının regionda uzunmüddətli sülhün təmin olunmasına yardım edəcəyinə ümid etdiklərini vurğulayıb.

“Biz buna ümid edirik. Bu məhz Dövlət katibinin, Qafqaz üzrə xüsusi nümayəndə Rikerin təklif etdiyi məsələdir. Mən prosesləri qabaqalamaq istəmirəm. Amma son məqsədimiz Azərbaycan və Ermənistan arasında münaqişənin dinc yolla həll olunmasıdır”-deyə Patel bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR