İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb

Bu ilin ilk 7 ayı ərzində Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb.

Musavat.com bildirir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin Milli Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Nazir daha sonra çıxışında İsveçrə şirkətlərini 44 günlük müharibədə qazanılmış qələbə nəticəsində yaranmış imkanlardan yararlanmağa dəvət edib: "İki ölkə arasında uğurlu əməkdaşlıq dostluq münasibətlərinə və qarşılıqlı hörmətə əsaslanır. Birgə iqtisadi komissiya ölkələr arasında əlaqələrin inkişafı üçün əsas platformalardan biridir və Azərbaycan komissiyanın iclasını səbirsizliklə gözləyir. Azərbaycan İsveçrə şirkətlərini 44 günlük müharibədə qazanılmış qələbə nəticəsində yaranmış imkanlardan yararlanmağa dəvət edir”.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR