İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Ermənistan delimitasiya və sərhəd Komissiyalarının işini sürətləndirmək və IV iclas barədə razılığa gəlib

Komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə, tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə XİN-in Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə komissiyaların Brüsseldə üçüncü görüşü barədə məlumatında deyilir.

Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR