İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın xilasediciləri dağıntılar altından daha bir yaşlı qadının meyitini çıxarıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir yaşlı qadının meyitini çıxarıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Azərbaycan xilasediciləri tərəfindən şəhərin Təhsili Mərkəzi prospektindəki binaların dağıntıları altında aşkarlanan qadının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ehtimal edilir ki, həmin ərazidə digər şəxslərin də meyitləri var. Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 148 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR