İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Türkiyədəki Səfirliyi 4 vətəndaşın yerini təsbit edib

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib.

XİN-dən Musavat.com-a verilən məlumata görə, Səfirlik əməkdaşları sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR