İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın səhiyyə naziri və Türkiyədəki səfiri Şamil Ayrımı ziyarət ediblər - FOTO

Türkiyədə səfərdə olan Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanda yol qəzasına düşən millət vəkili Şamil Ayrımı İstanbulda xəstəxanada ziyarət edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə bildirib.

Nazir və diplomat türkiyəli millət vəkilinin səhəti ilə maraqlanıblar.

Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb. Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.

73c8c156-26c8-3ae7-9206-ba746e031e79.jpg (81 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR