İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qeyri-neft ixracında artım qeydə alınıb

2023-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 3,3 milyard ABŞ dolları təşkil edib.

Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft ixracının 9,8 faiz artması deməkdir.

Mərkəz bildirir ki, 2023-cü ilin yanvar-dekabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 928,2 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin 12 ayı ərzində elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3 faiz, qara metallardan məmulatların ixracı 13,3 faiz, meyvə-tərəvəz ixracı isə 8,7 faiz artıb.

2023-cü ilin yanvar-dekabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,2 faiz artaraq 969,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 201 milyon ABŞ dollarına bərabər olub.

Ötən ilin dekabr ayının qeyri-neft ixracı 3,8 faiz artaraq 314,3 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 0,9 faiz artımla 106,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4 faiz artımla 207,7 milyon ABŞ dolları təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR