İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanın kürəyini söykəyə biləcək bir qardaşı var" - Qarabağ qazisi 

Xəbər verdiyimiz kimi, Türkiyədə Cümhuriyyətin qurulmasının və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Bursa şəhərində "Türkiyə Sənətçilər Birliyi"nin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlıq buluşması" adlı tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycandan bir qrup sənətçi, millət vəkili və jurnalistlər iştirak edib.

Qeyd edək ki, "Türkiyə Sənətçilər Birliyi" Türkiyədə fəaliyyət göstərən olan bir təşkilatdır. Bu təşkilatın Bursa şəhər başqanı azərbaycanlı jurnalist Günay Ardadır.

Tədbirdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasından Həsən Həsənov, millət vəkili Arzu Nağıyev, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Beynəlxalq Araşdırmalar Mərkəzindən Şahmar Hacıyev, Azərbaycan Televiziyasından Elçin Musaoğlu, Qarabağ qazisi Vasif Dilavərzadə, sənətçilər Çinarə Məlikzadə, Aynişan Quliyeva iştirak ediblər.

"Türkiyə Sənətçilər Birliyi" bu tədbiri Türkiyənin yerli media orqanı olan EnBursa.com ilə birlikdə həyata keçirib.

Azərbaycan nümayəndə heyətinin üzvləri EnBursa.com-a özəl açıqlamalar verib.

Ətraflı videoda:

WhatsApp Image 2023-05-03 at 21.21.26.jpeg (65 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR