İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın dövlət qurumlarının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərinin Türkiyəyə səfəri başa çatıb

Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başa çatıb.

Musavat.com xəbər verir ki, oktyabrın 14-də Azərbaycan nümayəndə heyəti tərəfindən Türkiyə Respublikasının Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İstanbul şöbəsində və “TRT World” telekanalında görüşlər keçirilib.

Görüşlər zamanı İstanbulda daimi və müvəqqəti akkreditasiya olunan media ilə iş, böhran zamanı kommunikasiya, İstanbul valiliyinin kommunikasiya fəaliyyəti, habelə “TRT World” kanalının dünyada media brendinə çevrilməsi, peşəkar beynəlxalq jurnalistika, TRT-nin yeni onlayn televiziya konsepsiyası, dəyişən beynəlxalq və regional siyasi gündəliyə çevik uyğunlaşma və gələcək hədəflər haqqında təqdimatlar edilib və digər məsələlər müzakirə olunub.

Səfər zamanı Türkiyə Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Anadolu Agentliyi, Radio və Televiziya Ali Şurası (RTÜK) və digər qurumlarda görüşlər keçirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR