İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın axtardığı şəxs İtaliyada tutuldu

Uzun illərdir beynəlxalq axtarışda olan Rasim Sadixoviç İsmayılov həbs edilib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən 10 il əvvəl barəsində cinayət işi başladılan şəxs İtaliyada tutulub.

Bildirilib ki, həmin vaxt Səbail RPİ dələduzluqda ittiham edilən R.İsmayılov barəsində axtarış elan edib. Daha sonra onun ölkədən çıxması müəyyən edildiyindən İnterpol vasitəsilə beynəlxalq axtarışa başlanılıb.

Hazırda onun İtaliyadan Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR