İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı yenidən hədəf taxtasına gətirmək planları üzərində iş gedir

"Azərbaycanı yenidən hədəf taxtasına gətirmək planları üzərində iş gedir. Qərbdən, Avropadan artan təzyiqlər, cənubdan ölkəmizə qarşı yönələn təhdidlər bunu deməyə əsas verir".

Bu fikirləri "OLAYLAR"-a səsləndirən Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib ki, cərəyan edən proseslərin fonunda ölkədəki radikal siyasi düşərgə və dini qruplaşmaların fəallaşması da təsadüfi deyil: "Görünən odur ki, hər tərəfdən Azərbaycana qarşı mümkün təısir vasitələrindən istifadə etməyi hədəfləyiblər. Burada başlıca məqsəd bir tərəfdən ölkədəki ictimai-siyasi sabitliyi pozub xalqla prezident arasındakı birlik, etimada zərbə vurmaqdırsa, digər tərəfdən Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində gedən müzakirələrdə rəsmi Bakını bir qədər gücsüz duruma salıb istədiklərini Azərbaycana diqtə etdirməkdir".

Arzuman Abdulkərimov bildirib ki, fürsətcillər, Azərbaycanı sevməyib ona qarşı məkirli planlar quranlara bu imkanı tanıtmamalı, həmişə olduğundan daha bir, daha mütəşəkkil şəkildə dövlətimiz ətrafında birləşməliyik: "Elə 44 günlük Vətən müharibəsindəki qələbəmizi şərtləndirən başlıca amillərdən biri də məhz bu birlik, xalqın dövlətlə, dövlət başçısı ilə bir yerdə olması idi. Bunu da həzm edə bilməyən, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə barışmaq istəməyən xarici güclər və onların daxildəki əlaltıları davamlı olaraq ölkəmizi zəiflətmək, nəticə etibarilə burada öz maraqlarını təmin etmək üçün məkirli planlar qurular".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR