İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandakı Fransa vətəndaşlarının seçki məntəqəsi bəlli oldu

Bakıdakı seçki məntəqəsi paytaxtdakı Fransa vətəndaşları üçün açılıb.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Twitter" hesabında bildirib.

“Səsvermə açıqdır! Bakıda fransız məktəbi”, - səfir Bakı Fransız liseyindən fotolar paylaşalaraq yazıb.

Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək. Saat 12:00-da (Bakı vaxtı ilə 14:00) seçici fəallığı ilə bağlı ilk məlumatın açıqlanacağı gözlənilir. “Exit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.

Fransa seçiciləri ölkə prezidentliyinə 12 namizəddən birinə səs verməli olacaqlar.

Prezidentlik uğrunda siyasi yarışın ən gənc namizədinin 44 yaşı (Makron), ən qoca iştirakçısının 70 yaşı (Melenşon) var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR