İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 39 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 232 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 976 nəfər müalicə olunaraq sağalıb, hazırda 280 aktiv xəstə var. Bu günə qədər 9 976 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 337, bu günə qədər isə ümumilikdə 7 370 771 test icra olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR