İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ŞOK OLAY: 46 yaşlı kişi qardaşı arvadına təcavüz etdi – DETALLAR

Lerik rayonunda 1977-ci il təvəllüdlü Adil qardaşı arvadı, 1999-cu il təvəllüdlü Vəfaya (adlar şərti verilib – red.) təcavüz edib.

Adil 2022-ci ilin fevralında, istintaqla müəyyən edilməsi mümkün olmayan günlərin birində gecə saat təxminən 2 radələrində Bakı şəhərindən Lerik rayonunun kəndində yerləşən atasına məxsus evə gəlib.

Evin qapısını açan Vəfa Adili evə buraxıb. Bu zaman Adil evin dəhlizində Vəfaya yaxınlaşaraq cinsi ehtirasını təmin etmək məqsədilə qolundan tutaraq azyaşlı uşaqların yatdığı otağa salıb.

Daha sonra qapını bağlayaraq ayaq üstə onu qucaqlayıb, dodağından və boynundan öpüb. Adilin hərəkətləri Vəfaya pis təsir göstərdiyindən qışqırmaq istəyib. Adil ona qarşı zor tətbiq edib və əli ilə ağzını qapayaraq qışqırmasına imkan verməyib.

Adil qardaşı arvadının başındakı hicabı açaraq arxası üstə yerə uzadıb və əynində olan paltarları çıxarıb. Vəfa müqavimət göstərmək istəsə də, özündən fiziki cəhətdən güclü olan kişiyə gücü çatmayıb. Adil zorla onunla cinsi əlaqəyə girib.

Daha sonra Adil 2022-ci ilin aprel ayında, istintaqla müəyyən edilməsi mümkün olmayan günlərin birində Vəfanın, həmçinin 2 azyaşlı uşaqların yaşadıqları evə gəlib. O, saat təxminən 22 radələrində təkrar cinsi ehtirasını təmin etmək məqsədilə Vəfanın yataq otağına girib. Vəfa otaqdan çıxmaq istədikdə, qolundan tutaraq özünə tərəf çəkib.

Adil Vəfaya qarşı seksual xarakterli hərəkətlər edib. Sonra isə zorla cinsi əlaqədə olub.

Bundan başqa, Adil öz çirkin əməllərini həmin ilin may və iyul ayları ərzində də qardaşı arvadı Vəfaya qarşı törədib.

İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 149.2.5-ci (təkrar zorlama) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 3 oktyabr 2020-ci ildə qardaşı 2-ci Qarabağ müharibəsində şəhid olub:

“Qardaşım şəhid olduqdan sonra atam Abbas mənə zəng edərək tək qaldıqlarını dedi, narazılıq etdi. Ona görə də şənbə və bazar günləri kəndə gəlib-getmişəm. Sonra “Ford” markalı avtomobil aldım, Bakı-Lerik marşrutu üzrə sərnişin daşıdım. Qardaşımın ili tamam olduqdan sonra atam Vəfa ilə evlənməyimi məsləhət gördü. Bununla razılaşmasam da, atamın təkid etməsinə görə bu işə razılaşdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hər dəfə Bakı şəhərindən sərnişin gətirdikdən sonra Vəfanın yaşadığı evə gedib və Vəfa olan otaqda yaşayıb: “Vəfanın razılığı ilə hər dəfə onunla cinsi əlaqədə olmuşam. 2021-ci ilin noyabrından başlayaraq Vəfa ilə ər-arvad kimi yaşamışıq”.

Adil ifadəsində göstərib ki, Vəfa ona əvvəlcə 1000 manat borc pul verib: “Mən həmin pulu Vəfaya qaytardım. Sonra qızıma toy edərkən arvadım Vəfadan 7000 manat borc aldı. Toyda pul yığılmadığımdan borcu qaytara bilmədim. Vəfa mənə həmişə yemək hazırlayıb və mənə qulluq edib. Bir dəfə də hamilə qaldığından test və uşağa qalmamaq üçün dərman almağı tapşırdı. Mən də dərman alaraq ona gətirdim. Vəfa mənim arvadımla qızıma cehiz alarkən də iştirak edib. Vəfa ilə zorla cinsi əlaqədə olmamışam”.

İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, əri 2-ci Qarabağ müharibəsində şəhid olub: “Bundan sonra qaynım Adil Lerikdən Bakıya sərnişin daşımaqla məşğul olmağa başladı. Lerik rayonunun ərazisinə gəldiyi günlərdə yaşadığım evdə, yəni atasının evində gecələyirdi. 2022-ci ilin təxminən fevral ayının xatırlamadığım gündə, saat 2 radələrində Adil zəng etdi və mənə qapını açmağımı dedi. Mən də qapını açdım. Həmin vaxt Adil məni yataq otağına apararaq orada mənimlə zorla cinsi əlaqədə oldu”.

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin martında hamilə olduğu üçün Adilə hamiləlik testi almasını deyib: “Adil hamiləlik testi və tabletlər alaraq mənə verdi. Həmin tabletlərdən istifadə etdim və hamilələliyim pozuldu. Sonra Adil həmin ilin aprel, may və iyul ayında xatılamadığım günlərdə mənim yanıma gələrək hər dəfə uşaqlara telefon verib, onları otaqdan çıxarıb. Sonra mənimlə zorla cinsi əlaqədə olub. Hətta may ayında Adil mənimlə zorla cinsi əlaqədə olarkən müqavimət göstərdim. Bu səbəbdən Adil əynimdə olan koftanı dartaraq cırdı. Üzləşmə zamanı bu dediklərimi Adilin üzünə qarşı da demişəm. Mən Adillə barışmamışam. Ona ağır cəza verilməsini tələb edirəm”.

İş üzrə şahid qismində ifadə verən zərərçəkmiş Vəfanın atası Musanın sözlərinə görə, 10 avqust 2022-ci ildə, axşamüstü arvadı ona Adilin Vəfanı zorlaması və ona qarşı iyrənc hərəkətlər etdiyini deyib: “Bunu eşidəndən dərhal sonra polisə məlumat verdim. Vəfanın əri şəhid olduqdan sonra onlar qızımı mənim evimə buraxmayıblar. Bir dəfə Vəfa mənim evimə gəldi. Həmin vaxt qayınatası Abbas əlində olan çubuqla gələrək Vəfanı apardı. Onlar Vəfaya dövlət tərəfindən verilən pulla əlaqədar onunla münaqişə ediblər. Vəfanın adına bankda olan pulu çıxararaq alıblar”.

Şahid qismində ifadə verən Abbas bildirib ki, oğlu şəhid olduqdan sonra digər oğlu Vaqifə Vəfa ilə evlənməyi təklif edib: “Lakin Vaqif razılşmadı. Sonra Adilə eyni təklifi verdim. Əvvəlcə Adil razılaşmadı. Buna görə Adilə narazılıq etdim. Sonra razılaşdı. Adil Vəfanın razılığı ilə ər-arvad kimi evimdə yaşayıblar. Adilin Vəfa ilə zorla cinsi əlaqədə olmasını bilmirəm”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Adil 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Adil apellyasiya şikayəti verib. O, barəsində təyin olan cəza ilə razı olmayıb. Adil barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Adilin barəsində olan şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə daxil olub.

İş araşdırılması üçün hakim Kamil Bəşirovun icraatına verilib. Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR