İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda rayonlar birləşdirilir? – AÇIQLAMA

"Təkliflər var ki, rayon icra hakimiyyətləri birləşdirilsin, sayı azaldılsın".

Musavat.com-un xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ARB24-də yayımlanan “Peşəkar mübahisə” verilişində bildirib.

S.Novruzov xatırladıb ki, iki rayon ləğv edilərək Gəncə şəhərinə birləşdirilib: "1990-cı illərdə 10-a yaxın rayon yaradılıb. Məsələn, böyük rayonu iki hissəyə bölüblər..."

Deputatın sözlərinə görə, rayonları birdən-birə birləşdirib 16-17 rayon yaratmaq olmaz: "Mərhələli şəkildə rayonları birləşdirmək mümkündür. Əvvələr belə fikir vardı ki, ölkədə 8 zona yaradılsın, sonradan iqtisadi zonalar yaradıldı. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. İslahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR