İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda manatın məzənnəsi ilə bağlı VACİB XƏBƏR

"Son dövrlər dolların aparıcı valyutalara nisbətən məzənnəsində möhkəmlənmələr müşahidə olunur və avro, eləcə də bəzi valyutalara nisbətən dəyər qazanmaqdadır".

Musavat.com xəbər verir ki, bu fikirləri News24.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Deputat eyni zamanda neftin dünya bazarındakı qiymətinin manatın məzənnəsinə təsirindən də danışıb:

"Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bankın birbaşa mövqeyindən asılıdır, çünki manat yüksək məzənnə rejimində deyil. Mərkəzi Bank milli valyutanın kursunun müəyyənləşdirilməsində həll edici mövqeyə malikdir və intervensiya imkanları var. Bu baxımdan Mərkəzi Bankın mövqeyi növbəti dövrlərdə də manatın məzənnəsinin müəyyənləşdirilməsində həll edici olacaq. Eyni zamanda, manatın məzənnəsinə neftin dünya bazarı qiyməti, o cümlədən, ölkəyə daxil olan valyutanın həcminin xüsusi təsirləri var. Ona görə də bizim gözləntimiz ondan ibarətdir ki, növbəti dövrlərdə manatın məzənnəsinə təsir göstərən əsas faktorlardan biri neftin dünya bazarı qiyməti olacaq. Bununla yanaşı, enerji bazarında qiymətlər birbaşa manatın məzənnəsinə təsir göstərən əsas faktorlardan biri olaraq qalmaqdadır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR