İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kişi meşədə asılmış vəziyyətdə tapılıb

Astara sakini meşədə asılmış vəziyyətdə tapılıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, rayonun Maşğan kənd sakini, 1965-ci il təvəllüdlü Qasımov Natiq Mirzəhəsən oğlunun meyiti yaxınlıqdakı meşə massivində tapılıb. Hadisədən kənd sakinlərindən biri xəbər tutaraq, onun ailəsinə məlumat verib.

Məlumata görə, N.Qasımovun ruhi-əsəb xəstəliyi olub. Yaxınlarının dediyinə görə, o, bir müddət əvvəl müalicə olunsa da, müalicəsini yarımçıq saxlayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR