İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda içməli suyun tarifinə yenidən baxıla bilər

"Azərbaycanda içməli suyun tarifinə yenidən baxıla bilər".

Musavat.com xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda təşkil olunan brifinqdə deyib.

O qeyd edib ki, ölkədə içməli su maya dəyərindən aşağı qiymətə satılır: "Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan qiymətlərə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar. "Azərsu" tərəfindən tariflərə yenidən baxılması üçün proqram hazırlanır, lakin qərar Tarif Şurası tərəfindən qəbul edilir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR