İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanda hər hansı xarici dövlətin hərbi kontingenti mövcud deyil” - Politoloq

“Son dövrlər bəzi ölkələrin media resursları mötəbərliyi şübhə doğuran mənbələrə istinad edərək Azərbaycan barədə həqiqəti əks etdirməyən, yerli və beynəlxalq auditoriyanın ictimai rəyini çaşdırmağa yönəlmiş məlumatlar yaymaqdadırlar. Azərbaycanda hər hansı ölkənin hərbi kontingenti mövcud deyil”.

Musavat.com xəbər verir ki, Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov bildirib.

O əlavə edib ki, dezinformasiyanın təsiri altında “Iran International” televiziya kanalı, habelə “The Telegraph” nəşri və “Kan” agentliyi Azərbaycan barədə beynəlxalq jurnalistika standartları ilə bir araya sığmayan informasiya manipulyasiyası həyata keçirib:

"Guya İsrailin öz hərbçilərinə Azərbaycanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıblar. Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil. Beləcə biz bir daha ölkəmizə qarşı informasiya müharibəsinin aparıldığına şahidlik edirik”.

Afaq Mirayiq
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR