İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Su quyusundan meyit tapıldı

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ordubad rayonunun Dəstə kəndində 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Musavat.com-a bildirilib ki, müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR