Onlayn ictimai-siyasi qəzet
Millət vəkili Fazil Mustafa qızlar üçün oğlanlardan ayrı məktəbin açılmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu halda qızlar həyata daha hazır vəziyyətdə yetişirlər.
“Qızlar üçün ayrıca kollec açılmalıdır. İndiki təhsil modeli ilə yanaşı, ayrıca özəl qızlar məktəbi açılsa yaxşı olar. Yəni təhsil almayan qız övladı qalmaz. Vaxtilə belə model var idi... Belə olan halda qızlar həyata daha hazır yetişirlər, ixtisasları, dili öyrənirlər... Qızların oğlanlarla birgə oxuması modeli də qalmalıdır. Amma kimsə ənənəvi modeldən qaçırsa, bu modeldən istifadə edə bilər. Bir daha deyirəm, bu qızlar cəmiyyətə hazırlanırlar” - deputat qeyd edib.
Cəmiyyətin çox hissəsi bu fikri tənqid edir. Ancaq sözügedən təklifi dəyərlər baxımından müsbət qarşılayanlar da var. Bildirirlər ki, 2012-ci ildən bəri Avropada qızlar üçün riyaziyyat üzrə ayrıca olimpiada keçirilir. Eyni zamanda Qərbdə bəzi yerlərdə kişi-qadın tualetlərinin belə birləşdirildiyi, “unisex” mədəniyyət formalaşdırmaq yolunun tutulduğu zamanda bu təklifi müsbət hesab edənlər də az deyil.
Bəs təklifin hansı müsbət cəhətləri var? Başqa hansı ölkələrdə bu sistem tətbiq olunur?
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov bu təklifi müsbət qarşıladığını, hətta yazdığı kitablarda bunu təbliğ etdiyini də bildirib: “Yazdığım bütün kitablarda qızların ayrı məktəblərdə təhsil almalarını göstərmişəm. Uzun illərdir ki, mən bunu təbliğ edirəm. 10 il bundan əvvəl ABŞ qanunvericiliyində ayrıca qız məktəblərinin açılması ilə bağlı təklif var idi, Amerika parlamenti bunun üçün böyük maliyyə yardımı göstərmişdi. Bu, qızları müdafiə etmək üçün bir addımdır. Qərar eyni zamanda təhsilin keyfiyyətinin yüksəlməsinə də müsbət təsir edən amildir. Tanıdığım bir şəxsin 6 yaşlı oğlan nəvəsinə məktəbdə həmyaşıd bir qız məktub yazıb, ürək şəkli göndərib. Əgər 6 yaşlı qız öz şagird dostuna ürək fotolu məktub yazırsa, bu, bir işarədir və bu haqda fikirləşməyə dəyər”.
Şahlar Əsgərov cəmiyyətdə qızların qavrama qabiliyyətinin oğlanlardan yüksək olması ilə bağlı səsləndirilən fikrə də münasibət bildirib. O, bu yanaşma ilə razı olduğunu deyib: “Qızın qavrama qabiliyyətinin oğlandan yüksək olması ilə bağlı fikirlərdə də bir qədər həqiqət var. Bu həqiqətin ziddinə gedən insanlar bir neçə arqument irəli sürürlər. İlk arqument budur ki, indiyədək bir dənə də olsun qadın peyğəmbər yoxdur. İkincisi isə qadınlar heç vaxt elmdə böyük uğurlar qazanmayıb. Yəni Nobel mükafatını nümunə göstərirlər ki, burada mükafat alan qadınlar təltif olunanların ümumi sayının 1 faizini təşkil etmir. Amma bu yanaşma səhvdir, qadınlar intellekt cəhətdən çox yüksəkdir. Ancaq onun ana olmaq kimi ilahi bir vəzifəsi var. Bu vəzifə hər zaman onları intellektual sahədən alıb uşaqların böyüdülməsinə sərf etdiyi üçün bu hallar müşahidə olunmur. Qadının əsas vəzifəsi elm yaratmaq, sərkərdəlik deyil, uşaq dünyaya gətirib, onu tərbiyə etmək onun ilahi vəzifəsidir. Elmdə, yaddaş və qavramada isə onlar kişilərdən üstündür”.
“Pilot məktəb yaradılmalıdır” - Təklif
Sabiq təhsil naziri, professor Firudin Cəlilov bununla bağlı pilot məktəbin yaradılmasının və sınaqdan keçirilərək nəticənin təhlil olunmasının, daha sonra qərar qəbul edilməsinin tərəfdarı olduğunu bildirib:
Azərbaycan Dövlət İqtisad Universitetinin Təcrübənin təşkili şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadə qeyd edib ki, istər Avropada, istərəsə də ABŞ-da qadınlar üçün xüsusi kolleclər, universitetlər fəaliyyət göstərir: “ABŞ-da təxminən 33 qadın kolleci var. Bu kolleclərin bakalavr pilləsində yalnız qadınlar təhsil alsa da, magistr pilləsində kişi tələbələrin də qəbulu həyata keçirilir. Bu kolleclərdə akademik predmetlərlə yanaşı, məntiq, tənqidi təfəkkür, natiqlik bacarığı da tədris olunur ki, məqsəd qadınların istənilən industriyada lider mövqeyini qazanmasıdır. Bu kolleclərin digərləri ilə müqayisədə sayı az olsa da, onların məzunları müasir cəmiyyətə təsir gücü ilə ictimaiyyəti heyran edir. Onların sırasında Nensi Pelosi, Hillari Klinton, Marta Stüart, Madlen Olbrayt kimi dünyanın diqqətini üzərinə çəkməyi bacaran qadın liderlər var. 2006-cı ildə “Fortune 500” reytinqinə düşən 10 qadından 4-ü məhz həmin kolleclərin məzunları idi. Düşünmürəm ki, millət vəkili Fazil Mustafa təklifini cəmiyyətə lider qadınlar yetişdirmək niyyəti ilə səsləndirib. Fikrimcə, onun rəğbətini qazanmaq istədiyi auditoriya özəl məktəblərdə ayrıca təhsil almaq istəyən qadınlardan daha çox qızlarını təhsildən yayındıraraq, erkən nikaha təşviq edən radikal azlıqdır, mövzuya tənqidi yanaşan tərəfdə qıcıq yaradan da məhz budur”.
“Qadınlara əzilən azlıq kimi cəmiyyətdə xüsusi imtiyazların verilməsinin əleyhinəyəm” - Fəlsəfə doktoru
Kimsə şəxsi eqosu və iddiaları ilə bu hüququ övladının əlindən almağa cəhd edirsə, məsuliyyətə cəlb edilməli və lazım gələrsə, valideynlik hüququndan məhrum edilməlidir. Yox, əgər kimsə israrla qızının ancaq qadınlar üçün açılmış kollecdə oxumasını istəyirsə, bizdə də Bakı Qızlar Universiteti fəaliyyət göstərir və demək olar ki, bütün pedaqoji profilli universitetlərdə xüsusi ixtisaslar var ki, gündüzün günorta çağı çıraqla gəzsən də, bir-iki nəfərdən başqa kişi tələbə tapa bilməzsən, buyursunlar, seçsinlər. Qadınlara əzilən azlıq kimi cəmiyyətdə xüsusi imtiyazların verilməsinin əleyhinəyəm”.
L.Nəzirzadə qeyd edib ki, təhsil institutunu fərdi maraqların oyuncağına çevirmək olmaz, bundan istər radikal dini qruplaşmalar, istərsə də qatı feministlər öz ideoloji maraqları üçün sui-istifadə edə bilərlər: “Sabah bir qatı feminist qızlar məktəbi açsa, qarşısını ala biləcəklərmi?! Nüvə enerjisi də pozitiv məqsədlə kəşf edilmişdi, fərdlər öz eqoları ilə onu kütləvi qırğın silahına çevirdi. Adi sorğu keçirsəniz, qadınların 99 faizinin ayrı məktəblərin əleyhinə olduğu görəcəksiniz. Universitet həm də gələcək sağlam ailələrin əsasının qoyulduğu sosial ortamdır. Qız tələbələrin olmadığı və əksinə, ancaq qızlardan ibarət qruplarda dərs demişəm. Auditoriyada hər iki cinsdən tələbə olanda dərslər daha intizamlı və maraqlı keçir. Qadınların daha çevik qavramasına gəlincə, fizioloji cəhətdən yetkinlik yaşı qızlarda daha erkən baş verir, amma bunun təhsilə aidiyyəti yoxdur. Eyni məktəbdə qızlar və oğlanlar üçün ayrıca cinsi dərslər keçmək olar, amma bunun üçün də dövlət proqramı və onu tədris edəcək kadrlar formalaşmalıdır”.
“Hər iki cinsin eyni sinifdə təhsil alması yaxşı ənənədir”
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, qızlar üçün ayrıca kolleclərin yaradılması hazırda prioritet deyil: “Ölkəmizdə ayrıca təhsil müəssisələrinin olmasına zərurət görmürəm. Azərbaycan müasir, demokratik, dünyəvi və tolerant ölkədir, burada qadın və kişilər arasında hansısa ayrı-seçkilikdən söhbət gedə bilməz. Əslində, qadınlar arasında müxtəlif yarışlar keçirilir, bilik olimpiadaları təşkil olunur ki, bunlar tamam ayrı məsələlərdir. Azərbaycanda qadın çadrasını keçən əsrin sonlarında atıb və bununla bizim qadınlarımız Şərqdə demokratik xalqın nümayəndəsi olduqlarını bəyan etdilər. Ölkəmizdə qadın və kişilər eyni hüquqa malikdirlər və onlar arasında heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Biz milli dəyərlərimizə zidd olan davranışların cəmiyyətimizə transfer olunmamasında maraqlı olmalıyıq. Ölkə başçısı təhsil ictimaiyyəti və gənclərlə görüşündə hər zaman bildirir ki, milli dəyərləri qorumaq, onlara sahib çıxmaq, onları yaşatmaq, gələcək nəsillərə ötürmək lazımdır. Biz əgər milli dəyərlərimizə sahib çıxsaq və onları yaşatsaq, nə ayrıca qadın məktəbinə ehtiyac olacaq, nə də milli mentalitetimizə yad elementlər cəmiyyətimizə gələcək”.
Qarışıq dərslərdə stress olur
Müəllif qarışıq təhsilin zərərlərindən danışıb:
Kişilər fizika, kimya, kompüter, idman, əl işləri, motor dərsləri və bu kimi sahələrə daha çox maraq göstərir və uğur qazanırlar. Futbolda olduğu kimi, qızlar oğlanlarla yarışa, bu sahələrdə bacarıqlarını inkişaf etdirə bilmirlər. Qızların daha istedadlı olduğu dil, ədəbiyyat, tarix, coğrafiya, biologiya və sosial elmlər sahələrində oğlanlar qızlarla rəqabət apara, bacarıqlarını inkişaf etdirə bilmirlər. Qarışıq dərslərdə stress olur, şagird anlamadığı mövzunu soruşa bilmir, çünki qarşı cinsin alçaldacağı və ya ələ salacağı fikirləri yaranır ki, bu da uğursuzluğa gətirib çıxarır. Oğlan və qızların beyin strukturları fərqlidir. Qızların beyninin emosional, sosial, musiqi, bədii və şifahi intellekt hissəsi oğlanlardan 11% daha böyükdür. Oğlanların beyin çəkisi qızlardan daha çoxdur”.
Müəyyən edilib ki, qızlar və oğlanlar müxtəlif qabiliyyətlərə malikdirlər. Almaniyada cəmiyyətdə gender bərabərliyinin birgə təhsil vasitəsilə təmin edilməsinin qarşıya məqsəd qoyulduğu, lakin buna nail olunmadığı üzə çıxdı. Qarışıq modelin istedadın inkişafına mane olduğu başa düşüldü və ayrıca təhsil tendensiyası başladı.
Qarışıq təhsili pedaqoji ölüm kimi qələmə verənlər var...
Almaniyada hər kəs öz uşağını ayrıca məktəbə göndərə bilər. Özəl məktəblər və kilsə məktəbləri ayrıca təhsil verir. Qarışıq məktəblərdə müxtəlif istedadlara şans vermək üçün fizika, kimya, riyaziyyat, kompüter və idman dərsləri ayrıca keçirilir.
Bu universitetdə ABŞ dövlət katibi Hillari Klinton və ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt, məşhur rəssam Ali Makqrou təhsil alıblar.
Uelsli Universitetinin alman professoru Sigrid Metz-Göckel aşağıdakı müşahidələri edib:
2. Məzunların 3/4-i peşəkardır.
4. Məzunların 80 faizi universiteti bitirdikdən sonra magistratura, doktorantura, kurslar və karyeralar davam etdirir.
6. Qadınların intellektual inkişafı, institutların yaradılması ictimai fəallığı artırır.
8. Universitetdə parlament var, nazirlər var, komissiyalar yaradılıb. Tələbələr burada iştirak edir və həyata hazırlaşırlar.
Bu məktəblərdə qızlar məhdudiyyətsiz öz şəxsi qabiliyyətlərini inkişaf etdirə bilərlər;
Kişilərin cinsi təzyiqlərindən xilas olurlar;
Türkiyəli klinik-psixoloq Başak Demiriz isə fərqli düşünür. O, qarışıq təhsilin tərəfdarıdır:
Birgə təhsil oğlanların uğurunu artırır
- Oğlanlar qızlarla oxuyanda daha az aqressiv davranış nümayiş etdirirlər.
- Qızların çox olduğu siniflərdə müəllimlər daha az yorulur, şagirdlər dərsin gedişindən, tədris prosesindən daha çox razı qalırlar.
- Kanadada aparılan bir araşdırmada “Ətrafımda əks cinsdən olan birisi ilə əhatə olunanda öz fikrimi əminliklə söyləyə bilərəm” deyən uşaqların əksəriyyəti qarışıq məktəblərdəndir.
1990-cı illərdə aparılan araşdırmalar göstərirdi ki, müştərək təhsil məktəbləri qızlar üçün xüsusilə yaxşı seçim deyil və qızlar oğlanlarla birlikdə təhsil aldıqları zaman faydadan çox zərər görürlər. Araşdırmalara görə, qız məktəblərində oxuyan qızlar riyaziyyat, kimya və fizika fənlərində daha müvəffəqiyyətli olub, daha rəqabətədavamlı olub, təhsillərinə daha çox önəm veriblər və qadın liderlər daha çox olub. Xülasə, ətrafda oğlanlar olmayanda qızlar daha uğurlu olurdu.
Bununla belə, son illərdə aparılan bir çox araşdırma göstərir ki, qadınlar iştirak etdikləri və aktiv olduqları hər sahədə açıq şəkildə müsbət fərq yaradırlar. Bu fərq inkişaf etmiş cəmiyyətlərdə açıq şəkildə müşahidə olunur. Belə olduqda qadınların arxa planda qalması, gender ayrı-seçkiliyinin cəmiyyətlərə zərər vurması həlli vacib bir problem olaraq ortaya çıxır. Bu problem sinif otaqlarında da baş verir. Bunun fərqində olan pedaqoq və psixoloqlar bildirirlər ki, qızların cinsi ayrı-seçkilikdən zərər çəkməsinin qarşısını almağın yolu oğlan və qızları bir-birindən ayırmaq qədər sadə deyil və həyat ayrı yaşanmadığı üçün məktəblərdə ayrı vaxt keçirmək ideal həll yolu deyil.
Publika.az
21 Sentyabr 2024
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ