İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 11 ayda istehlakçılara 140 milyon manat ƏDV geri qaytarılıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fiziki şəxs istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödədiyi əlavə dəyər vergisinin (ƏDV) 140 milyon 288 min manatı geri qaytarılıb.

Musavat.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 %-ni, nağd ödənişlər üzrə 5 %-ni müvəkkil bank istehlakçılara geri qaytarır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR