İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 100 ən böyük vergi ödəyicisinin ümumi vergi yığımında payı...

Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Xidmətin yaydığı açıqlamaya görə, məlumatın açıqlanması könüllülük prinsipinə əsaslanıb - yəni bu məlumatın ictimailəşməsinə razı olmayanların adı siyahıda yoxdur.

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, açıqlanmayan böyük vergi ödəyicilərinin olduğunu nəzərə aldıqda, siyahının tam “ən çox vergi ödəyən şirkətlərin” siyahısı olduğunu demək olmur.

AGAYEV.jpg (88 KB)

Ekspert açıqlanan siyahı əsasında maraqlı nəticəyə gəlib:

“Bu siyahıdan çıxan nəticə belədir: adı siyahıya düşən 100 şirkətin bütün vergi ödənişləri (7,7 milyard manat) Dövlət Vergi Xidmətinin 2024-cü ildə topladığı bütün vergilərin (15,3 milyard manat) 50 faizindən bir qədər çoxdur.

Yəqin real siyahı tərtib olunsa, yəni razılıq olmayan gerçəkdən ən çox vergi ödəyən 100 şirkət məbləğə əsasən sıralansa, bu pay daha böyük alınar.

Vergi orqanlarının ən son məlumatına görə, ölkədə 795 min aktiv vergi ödəyicisi var. Onlardan da 214 mini obyektə malik təsərrüfat subyektləridir. Deməli, bütün vergi ödənişlərinin 50 faizindən çoxunu aktiv obyekt kimi uçotda olan ödəyicilərin 0,05 faizi ödəyir. Bu fakt həm də iqtisadi resursların, məhsuldar aktivlərin və sərvətin, qazanılan mənfəətin nə dərəcə qeyri-bərabər bölündüyünü göstərir.

Bu, həm də milli gəlirin formalaşmasında biznesin ölçüyəgəlməz miqyasda qeyri-bərabər iştirakının göstəricisidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR