İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneldən evlilik müjdəsi: "Bu il olacaq"

Türkiyədə yaşayan tanınmış azərbaycanlı müğənni Günel Zeynalova şəxsi həyatı ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib.

Musavat.com bildirir ki, müğənni sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb. Hazırda Azərbaycanda olduğunu deyən Günel Zeynalova hələ ki, doğma yurdu Ağdama getmədiyini deyib. Daha sonra izləyicisinin "Niyə evlənmirsiniz, sizdən həm də gözəl ana olar" sualına bu cür cavab verib:
"İnşallah, bu il gözlənilir. Məncə, bəli".

Xatırladaq ki, Azəri Günel kimi tanınan 38 yaşlı sənətçi indiyədək üç dəfə nişanlanıb. Onun nişanlıları sırasında məşhur iş adamı Rza Zərrab, eləcə də İnanc Başəyməz və Cem Ozan olub. Lakin hər üç münasibət müxtəlif səbəblərdən baş tutmayıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR