İnsanlara hürriyət, millətlərə istiqlal!

Alyaska fiaskosu: Danışıqlar niyə istənilən nəticəni vermədi?

"Alyaska görüşü birmənalı şəkildə Tramp və ABŞ üçün fiaskodur".

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçi qeyd edir ki, Trampın əsas məqsədi atəşkəsə nail olmaq idi. Bundan sonra Ukrayna və Rusiya arasında ikitərəfli müzakirələr başlamalıydı. Lakin görüşdən sonra verilən açıqlamada atəşkəs sözündən ümumiyyətlə, istifadə olunmadı:

"Tramp da Alyaskaya gedərkən FOX TV-yə müsahibəsində atəşkəsdən danışsa da, dönərkən eyni TV-yə açıqlamasında bu kəlməni "unutdu".

Bununla bərabər, belə görünür ki, Trampla Putin hansısa məqamlar üzrə şifahi razılığa gəlib, yaxud fikir birliyinə varıb və bunlar təbii ki, Ukraynanın xeyrinə deyil.

Ümumiyyətlə, hər dəfə Trampın Putinlə istər üz-üzə, istər telefonla, istərsə də diplomatiyadan bixəbər əmlakçı dostu Uitkoff vasitəsilə olan təmaslarında Putin öz mövqeyini, yanaşmalarını qəbul etdirməyə nail olur, lakin sonra ABŞ dövlət qurumları və avropalı müttəfiqlər birtəhər Trampı ABŞ-ın və ümumən Qərbin maraqları baxımından düz yola qaytara bilirlər. Bu dəfə də eyni halın təkrarlanması mümkündür, hər halda, ortada imzalanmış hansısa sənəd yoxdur".

Şahin Cəfərlinin fikrincə, ümumilikdə ABŞ-a səfər etməsi, önünə qırmızı xalı sərilməsi, orada öz fikirlərini bir daha dünyaya elan etmək fürsəti qazanması və zərrə qədər də güzəşt etmədən F-22-lərin müşayiəti ilə geri dönməsi Putin üçün ciddi uğurdur.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR