Onlayn ictimai-siyasi qəzet
Yanvar-iyul aylarında Çinin daşınmaz əmlak sektoruna investisiyalar illik müqayisədə 12 faiz azalaraq 5,35 trilyon yuana (ölkə Mərkəzi Bankının hazırkı məzənnəsi ilə təxminən 750,72 milyard dollar) düşüb.
Musavat.com xəbər verir ki, məlumatı Çin Milli Statistika İdarəsi (NSO) yayıb.
İdarənin hesabatına görə, yeddi ay ərzində mənzil fondunda müvafiq göstərici 10,9 faiz azalaraq 4,12 trilyon yuan (577 milyard dollardan çox) təşkil edib.
Qeyd edilir ki, yanvar-iyul aylarında Çində tikilməkdə olan əmlakların ümumi sahəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq 6,38 milyard kvadratmetrə düşüb. O cümlədən yaşayış fondunun tikintisi 9,4 faiz azalaraq 4,45 milyard kvadratmetrə düşüb.
Sənədə əsasən, Çində istifadəyə verilən binaların sahəsi yeddi ayda ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz azalaraq 250 milyon kvadratmetr təşkil edib. Mənzil sektorunda isə göstərici 17,3 faiz azalaraq 180 milyon kvadratmetrə düşüb.
Dövlət Statistika Xidmətinin statistikasına əsasən, Çinin daşınmaz əmlak bazarına investisiyalar 2023-cü ildə 9,6 faiz, 2024-cü ildə isə 10,6 faiz azalaraq 10 trilyon yuana (təxminən 1,4 trilyon dollar) düşüb.
Qeyd edək ki, Çin iqtisadiyyatının aparıcı sahələrindən olan daşınmaz əmlak sektorunda 3 ildir ki, ciddi problemlər yaşanır. Sektorun ən böyük şirkətlərindən biri ötən il iflas elan edilib.
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ