Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sənəd barədə danışan İran hökumətinin nümayəndəsi Fatimə Mohacirani “Zəngəzur dəhlizi” məsələsinin gündəlikdən çıxarıldığını iddia edib.
Onun sözlərinə görə, sənəddə eksteryitorial dəhliz planı ləğv olunub, əvəzində isə Ermənistanın suverenliyi altında tranzit yolu açılacaq. Mohacirani bu dəyişiklikləri “müsbət və məntiqli” adlandıraraq, bunun region üçün uyğun yol olduğunu bildirib.
Lakin Musavat.com-a görə bu açıqlama İranın özünə təsəllisidir. Əslində, adı nə olursa olsun, Zəngəzur dəhlizi açılır. Sadəcə, Tehran bu reallıq qarşısında müqamət göstərə bilmədiyi üçün daxili ictimai rəydə “dövlət mövqeyini qoruduğu” görüntüsünü yaratmağa çalışır.
Reallıq budur ki, “Zəngəzur dəhlizi” anlayışı sənəddə necə ifadə olunmasından asılı olmayaraq, Azərbaycan ilə Naxçıvan – onun ayrılmaz parçası – arasında təhlükəsiz keçidin təmin edilməsi artıq qəbul olunmuş qərardır.
Ekspertlər vurğulayırlar ki, İranın “dəhliz aradan qaldırıldı” ritorikası sadəcə simvolik bir ifadədir, amma mahiyyət dəyişməyib: regionun yeni geosiyasi xəritəsində Zəngəzur dəhlizi artıq gerçəklikdir.
Musavat.com
24 Avqust 2025
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ