İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 1 trilyon dollar investisiyaya ehtiyac var – Maliyyəçi-alimdən sensasion açıqlamalar  

 

Azərbaycanın taleyi böyük ölçüdə maliyyə-bank sisteminin işindən asılıdır. Musavat.com xəbər verir ki, bunu sabiq maliyyə naziri, professor Saleh Məmmədov deyib.

Maliyyəçi-alimin sözlərinə görə, banklar ölkə iqtisadiyyatının qan-damar sistemidir: “Hər hansı damarda tıxanıqlıq yaranması insanın ölümünə səbəb ola bilir. Azərbaycanda bank sistemində hər addımda tıxanıqlıq müşahidə olunur, sadəcə tıxanıqlıqdan xilas edən neftdir. 180 milyard manat prezidentin təqdim etdiyi öz xüsusi kredit və bank resurslarından Azərbaycan bank sistemi cəmi 17 milyard manatını kredit təklifinə çevirib və faizləri 18-20% səviyyəsində saxlayır, xarici bank biznesi qətiyyən ölkəyə buraxılmır. Top yüzlükdə olan bankların çox yox - 5-i Azərbaycan bank bazarına buraxılan gününün sabahı faizlər mütləq 1-3-ə faizə düşəcək. Digər tərəfdən, ölkə pul qıtlığı şəraitində boğulur. Bir trilyon dollarlıq investisiyaya ehtiyac var, investisiyaların həcmi (əsas kapitala, hətta qeyri-neft sektoruna) 2014-cü ildən bəri hər il azalmaqda davam edir, hətta son iki ayda belə... İnvestisiya azalan vaxt iqtisadi artım əldə etmək möcüzə kimi görünür. Heç kim düşünməsin ki, bu investisiyaların yerini büdcə və valyuta resursları ilə doldurmaq lazımdı. Əsla yox, bu investisiyaları banklar təmin etməli idi və trilyonlara çata bilən mənbələr var bankların əlində”.

saleh-mammadov.jpg (433 KB)

S.Məmmədovun sözlərinə görə, resurs cəhətdən Azərbaycan Prezidentin yaratdığı resurslar nəticəsində dünyanın top 5 ölkələri siyahısına (nisbi) daxildir: “Bu resursların finansllaşması (financialization) indeksinə görə, yəni maliyyə aktivlərinə və investisiya mənbələrinə çevrilmə səviyyəsinə görə dünyanın son 10 ölkəsi içərisindədir və 1860-cı ildə ABŞ, Böyük Britaniya, İsveçrənin nail olduğu səviyyədədir - 162 il geridə. Bu gün ölkənin taleyi 70-80 faiz Mərkəzi Bankın və bütövlükdə bankların işindən asılıdır. Yeni rəhbərin üzərinə böyük yük və məsuliyyət düşür. Həm 30 ildə buraxılan problemlər aradan qaldırılmalı, həm də sürətli rəqəmsallaşma arxasınca qaçmaq, çox sürətlə qaçmaq lazımdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR