İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 1 səhmdar cəmiyyətinin səhm paketi və 16 avtomobil özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda "Anar” ASC-nin 30 %-lik səhm paketi satılıb.

Musavat.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərracda həmçinin 16 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu baxımdan hərrac rəqabətli olub. Belə ki, lot üzrə təqdim edilən 5 ədəd “Chevrolet Niva” markalı avtomobilin start qiyməti 17 400 manat olsa da, ən son təklif 25 500 manata yüksəlib. Bununla yanaşı, ilkin qiyməti 3 250 manat olan “Mitsubishi Pajero” markalı avtomobil 4 550 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR