İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı döyüşmüş erməni cani öldü

6 fevralda infarktdan ölən milli erməni rəqslərinin direktoru, “Karin” rəqs və mahnı ansamblının bədii rəhbəri Qaqik Ginosyan Yerablur hərbi panteonunda dəfn olunacaq.

Musavat.com bildirir ki, bu barədə erməni mediasına Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

“Müdafiə Nazirliyi Qaqik Ginosyanın hərbi yolunu nəzərə alaraq Yerablur hərbi panteonunda dəfn edilməsi ilə bağlı vəsatəti təmin edib”-, deyə Torosyan bildirib.

Ginosyanın hərbi panteonda basdırılmasının səbəbinə gəldikdə, məlum olub ki, o, Azərbaycana qarşı işğalçı müharibənin iştirakçılarından biridir. Qarabağ canisi Qarabağ müharibəsinin iştirakçısı olub, 90-cı illərin əvvəllərində Ağdərə, Əsgəran, Xocavənd, Laçın və Kəlbəcərin işğal olunması ilə nəticələnən döyüşlərdə iştirak edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR