İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı çirkin LGBT ittihamı

Avropa Şurası Parlament Assambleyasının LGBT nümayəndələrinin hüquqları üzrə məruzəçisi niyə “dilə gəldi”?

Son günlər Azərbaycana qarşı LGBT mövzusunu istifadə etməyə başlayıblar. Bununla bağlı sosial şəbəkələrdə, o cümlədən Twitterdə kampaniya aparılır, beynəlxalq səviyyədə bəyanat verirlər. “Turan” xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının LGBT nümayəndələrinin hüquqları üzrə məruzəçisi, belçikalı deputat Kristof Lakroix “Azərbaycanda bu kateqoriyadan olan şəxslərə təzyiq halları ilə bağlı xəbərlərdən narahatlığını bildirib”. “Azərbaycanda LGBT şəxslərin və onların hüquqlarını müdafiə edən fəalların növbəti dəfə polis əməkdaşlarının hədəfinə çevrilməsi ilə bağlı yeni xəbərlər məni dərindən narahat edir”, - Lakroix bildirib.

O deyib ki, ötən həftənin əvvəlində bir neçə trans qadın saxlanılıb. Ertəsi gün LGBT fəalları azadlığa buraxılmaları tələbi ilə saxlanılıb. Saxlanılan şəxslər pis rəftara və cərimələrə məruz qalıblar. Məruzəçi iddia edib ki, “Bu, Azərbaycanda polis tərəfindən LGBT şəxslərin və fəalların qarşılaşdığı ilk belə təzyiq və zorakılıq faktı deyil”. “Mən bir daha Azərbaycan hakimiyyətini bu praktikaya dərhal son qoymağa və polisin LGBT şəxslərə və hüquq müdafiəçilərinə qarşı pis rəftarına dair bütün iddiaları tam, effektiv və müstəqil araşdırma aparmağa çağırıram”, - deyə o yekunlaşdırıb.

Xatırladaq ki, mayın 23-də LGBTİ fəalları bir neçə transseksual qadının saxlanması ilə bağlı Bakının Xətai rayon 37-ci polis bölməsinin qarşısına toplaşıblar. Onların azadlığa buraxılmasını tələb edənlər də saxlanılıb.

Öz növbəsində Daxili İşlər Nazirliyindən bildirilib ki, mayın 22-də Bakının Xətai rayonu ərazisindəki hotellərdən birində 2003-cü il təvəllüdlü Sübxan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə 1979-cu il təvəllüdlü Bakı şəhər sakinini döyüblər (ad açıqlanmır), hotelin əmlakını sındırarkən saxlanılıblar. Ertəsi gün bir neçə nəfər 37-ci polis bölməsinin qarşısına toplaşaraq saxlanılanların azadlığa buraxılmasını tələb edib və polislə münaqişə yaradıb.

Barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə cərimə olunublar.

Proseslər onu göstərir ki, zaman-zaman Azərbaycana qarşı bu kampaniya mütəşəkkil şəkildə təşkil edilir. Azərbaycana qərəzli münasibəti şübhə doğurmayan Avropa Parlamentinin bir sıra deputatları da cəmiyyətimizə yad məsələlərin, habelə LGBT hüquqlarının təşviq edilməsini tələb edib.

İndi də birdən-birə LGBT mövzusunun bu qədər şişirdilməsi və “narahatlıq bəyanatı” təəccüb doğurmaya bilmir və proseslərin məqsədyönlü şəkildə təşkil edilməsi aydın sezilir. Ancaq o da məlumdur ki, həmin dairələrin planları həmişə puça çıxıb, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu, etimadını daha da möhkəmləndirib. Ona görə də əminliklə söyləyə bilərik ki, Azərbaycandakı ənənəvi ailə dəyərlərinə verilən yüksək qiymətlə heç cürə barışa bilməyən dairələrin LGBT kampaniyası əvvəlkilər  kimi iflasa məhkumdur.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli 

AĞ Partiya başqanının I müavini, politoloq Əhəd Məmmədli bu hadisəni törədən transların birmənalı şəkildə barələrində cinayət işinin açılmalı olduğunu bildirdi: “Bu hadisənin videogürüntülərindən də yaxşı anlaşılır ki, qanunu pozan transgender nümayəndələridir. Əvvəl onlar alkoqol təsirində küçəyə çıxıb insanları təhqir ediblər. Sonra yumruqlarla adamların üstünə hücum çəkdilər. Davamında vəziyyəti belə görən polis müdaxilə etdi. Harınlamış transgenderlər polisə də hücum çəkdilər. Polis nəfərinə yumruq atdılar. Artıq bütün bunlardan sonra asayişi pozan transgenderlərə qarşı polis güc tətbiq etməyə məcbur olub. Bütün baş verənlərdən sonra sakitləşməyən LGBT nümayəndələri orada olan həmkarlarını çıxartmaq üçün polis bölməsinə basqın etməyə cəhd ediblər. Polislər tərəfindən uzaqlaşdırılandan sonra vəziyyət sakitləşib. Bütün bunlardan sonra bu ciddi qanun pozuntusunu törədənlər təəssüf ki, sadəcə, cərimə edilərək azadlığa buraxılıblar. Ortaya sual çıxır, niyə bunlardan heç kəsə cinayət işi açılıb həbs edilmədi?! Videogörüntüdə açıq-aydın görünən, polisin sifətinə endirilən o yumruq qanunvericiliklə bəs edir ki, həmin o şəxsə cinayət işi açılsın. Kim bunların arxasında durur ki, onlar rahat şəkildə iğtişaş yaradırlar, amma həbs edilmirlər? Düşünürəm ki, təkcə Avropadan gələn dəstəyə görə bunlar belə rahatdırlar. Belələrinin əsas rahatlığı Bakının bəzi yerlərindən gələn dəstəyə görə də ola bilər. İlk olaraq DİN və DTX tərəfindən bu araşdırılmalıdır. Bu LGBT adlı virus gələcək nəsillərimizə təsəvvür etmədiyimiz qədər faciəvi təhlükədir. Cinsi azlıqları kimliyindən, vəzifəsindən asılı olmayaraq, ölkəmizdə himayə edənlər ifşa edilib, cəzalandırılmalıdır. Avropanın bu yöndə Azərbaycana qarşı basqısına gəldikdə isə bu bizi təəcübləndirməməlidir. Avropa cinsi azlıq bayrağına bürünüb. Biz nə etsək də, avropalılar bizi özlərindən bilməyəcəklər. Biz də zatən onlardan deyilik”.

Azərbaycan Qafqazda təklənib” - Novella Cəfəroğlu

Novella Cəfəroğlu 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da LGTB-çilərə qarşı sərt qərarların verilməsinin tərəfdarıdır: “ Vaxtilə biz LGBT ilə bağlı qanunu qəbul etdik ki, bizi Avropa Şurasına üzv qəbul etsinlər. Daha onlara həmin şəraiti yaratmadıq ki, istədiklərini etsinlər. Bugünlərdə bir görüntü gördüm. İki trans yolda gedə-gedə polisə söz atır, polisin üstünə cumurdu. Əllərindəki çantanı polisin başına vurmağa çalışırdılar. Polis də əcəb edib onları həbs etdi. Bizim özümüzün adət-ənənələrimiz var. Onlara mən bir xəstə kimi baxıram. Nə qədər biz translara Azərbaycanda dözməliyik? Cəmiyyətimizə, valideynlərə müraciətim var idi ki, övladlarınızı tərbiyə edin, onları bu yoldan çəkindirin. Feminizm adı altında feminizmin nə olduğunu başa düşməyən qızlar əllərində plakatlarla küçələrə çıxırlar, guya hüquqlarını tələb edirlər. Zamanında onları polis idarələrinə aparanda biz müdafiə edirdik. Ona görə də bu mövzuda danışmağa tam şəkildə haqqım çatır. Onların belə etməkdə yeganə məqsədləri xaricə taylarının yanına gedib orada rahat şəkildə yaşamaq hüquq əldə etməkdir. İndi bunun üçün polisə hücum etmək lazımdır? Onların burada qurumu var, rəhbərini çağırıb söhbət etmək lazımdır. Ona başa salmaq lazımdır ki, sizə dəyən yoxdur. İndi nəsiniz, nə edirsiniz, özünüz bilərsiniz. Amma etdiyiniz qələti elə etməlisiniz ki, cəmiyyət bundan xəbər tutmasın. Vəziyyət getdikcə  dəhşətli hal alır. Bunun qarşısını mütləq şəkildə almaq lazımdır. Mənə doğrudan da bu ağır təsir edir”.

Hüquq müdafiəçisi Azərbaycana olan təzyiqlərdən də söz açdı: “Bu təzyiqlər birmənalı şəkildə yolverilməzdir. Hər bir dövlətin, hər bir cəmiyyətin məsələlərə fərqli yanaşmaları var. Biz indi qəbul edirik ki, bizim dövlətdə LGTB-çilər var. Amma onlar özlərini normal aparmalıdırlar. Yoxsa kimdirlər ki, bu cəmiyyətə hegemonluq etmək xəyalına düşüblər. Müsəlman dövlətlərinin özlərinin adətləri var. Biz də bu adətlərimizlə onları qəbul etmirik. Quranımız tərəfindən qəbul edilmirsə, cəmiyyət də qəbul etməməlidir. Avropadakı dairələrə demək lazımdır ki, adlarını çəkməyə ağzıma heyfim gələn o kəslər özlərini yaxşı aparmasalar, tərbiyəsizliklərini davam etdirsələr, müdaxilə olunacaq. Bizə qarşı bu haqsızlığa beynəlxalq qurumlar yol verməməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR