İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə təlim keçirilib

Mədəniyyət Nazirliyinin sifarişi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə 28-30 iyun tarixlərində həyata keçirilən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursu başa çatdı.

Musavat.com-a verilən məlumata görə, konvensiya üzrə təlimçi, Esseks Universitetinin hüquq üzrə fəlsəfə doktoru xanım Dr. Marina Lostal mədəni sərvətlərlə bağlı cinayət aktları, milli cinayət qanunvericiliyində tələb olunan uyğunlaşma məsələləri, beynəlxalq səviyyədə müharibə cinayətləri kontekstində mədəni mülkiyyətin dağıdılması, hərbi komandirlərin məsuliyyəti, insanlıq əleyhinə cinayət təqibi, genosid, Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası təcrübələrindən bəhs edib.

Dr. Marina Lostal 3 gün ərzində təşkil edilmiş mövzuları iştirakçılarla birgə müzakirə edərək sual-cavab sessiyası, tematik viktorina, xüsusi nümunəvi ssenarilər üzərindən keys stadilər təşkil edilib.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR