İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşlarına nə üçün yanlış zəlzələ mesajı gəlib? - VİDEO

Ötən gün səhər saatlarında bəzi şəxslərin mobil telefonuna Azərbaycanda zəlzələ olması ilə bağlı bildiriş gəlib. Android sistemli mobil telefonu olan bəzi istifadəçilərə ölkəmizdə zəlzələnin baş verməsi barədə məlumat göndərilib.

Musavat.com xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, həmin informasiyanın Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Bəs, Azərbaycanlı istifadəçilərə niyə belə məlumat göndəririlir?

İnformasiya Komnukasiya Texnalogiyaları üzrə mütəxəssis Rəşad Əliyev "Xəzər Xəbər"ə deyib ki, ölkəmizə yaxın ərazilərdə 3-baldan yuxarı zəlzələ qeydə alınarsa, təhlükəsizlik baxımından android sistemli telefonlara belə məlumatın ötürülməsi normaldır.
Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5 bal gücündə zəlzələ qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR