İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşı Belçikada itkin düşüb - FOTO

Belçikada yaşayan azərbaycanlı itkin düşüb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu Brüssel şəhərində yaşayıb. O, sonuncu dəfə 5 gün əvvəl - mayın 8-də şəhər kənarında yerləşən klinika ərazisində görülüb.

İtkin şəxsin bacısı Sevil Abbasova APA-ya bildirib ki, qardaşı bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alıb, yaddaş itkisi və orientasiya pozğunluğundan əziyyət çəkir.

Nizami Məmmədovun itkin düşməsi ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə və polisə məlumat verilib.

Onu görən şəxslərdən +994 55 757 69 23 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

itkin.png (822 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR