Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Tacikistan arasında təhsil kvotasının sayı artırılacaq.
Musavat.com xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda həmkarı İlham Əliyevlə mətbuata bəyanatında deyib.
"Danışıqlarımızda mədəni-humanitar əməkdaşlıq məsələsi də mühüm yer tutdu. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın inkişafına diqqət yetirildi. İki ölkənin universitetlərində təhsil almaq üçün qarşılıqlı olaraq ayrılan kvotaların sayını artırmaq barədə razılığa gəldik", - Prezident Emoməli Rəhmon bildirib.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ