Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib.
Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən "IDEB 2024" beynəlxalq sərgisində iştirak edir.
Sərgidə A.Qurbanov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb. Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ