İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalayıb

Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb.

Nazir bildirib ki, bu Saziş iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR