Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın bir qrup media təmsilçisi Türkiyənin Giresun və Ordu şəhərlərində səfərdə olublar.
Musavat.com bildirir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən səfər avqustun 14-17 tarixlərində həyata keçirilib.
Səfərdə əsas məqsəd Türkiyənin fındıq paytaxtı kimi tanınan Giresun şəhərində, həmçinin Ordu şəhərlərində əsrlər boyu yetişdirilən, böyük iqtisadi əhəmiyyət kəsb edən fındığın yığımı, istehsalı ilə yaxından tanışlıq olub. Eyni zamanda media təmsilçiləri hər iki şəhərin turizm potensialı ilə də yaxından tanış olmaq imkanı yaradılıb.
Media mənsubları Giresundan sonra Şərgi Qara dənizin qapısı - Azərbaycanın Gəncə şəhəri ilə qardaşlaşan Ordu şəhərində olublar. Dağların qoynunda, Aralıq dənizi sahilində yerləşən hər iki şəhərin təbiəti, turizm potensialı, zəngin mətbəxi, insanların zəhmətkeşliyi, sadə və səmimiliyi, qonaqpərvərliyi media mənsublarını heyran edib.
Azərbaycan jurnalistləri ilə yanaşı, Gürcüstandan olan media nümayəndləri də səfər qrupunda yer alıblar və yüksək təəssüratlarla ölkələrinə dönüblər.
“Yeni Müsavat” Media Qrupunu səfərdə təmsil edən əməkdaşımımız Elşad Paşasoyun səfər reportajlarını qarşıdakı günlərdə təqdim edəcəyik.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ