Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiyası Kirants kəndinə çatıb.
Ermənistan mediası Kirantsda bu gün səhər saatlarında ölçmə işlərinin başlandığını yazır.
“Hraparak” nəşri yazır ki, kənd sakinlərinin həmin əraziyə yaxınlaşması qadağan edilib. Kirants icmasının rəhbəri Kamo Şahinyan bildirib ki, neytral zonada işlər davam etdirilir.
“Daha sonra yaşayış sahələrinin ölçülməsinə başlanılacaq. Belə başa düşürük ki, mübahisəli ərazilər var”, - o deyib.
Qeyd edək ki, demarkasiya nəticəsində Kirants kəndinin iki hissəyə bölünəcəyi gözlənilir.//Publika.az
ŞƏRHLƏRŞƏRH YAZ