İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Braziliya XİN arasında siyasi məsləhətləşmələr olub

Mayın 6-da Braziliyanın paytaxtı Braziliya şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Braziliya Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti (3-cü raundu) keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar. Həmçinin, Braziliyaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Filipe Martins, kənd təsərrüfatı nazirinin müavini Marcio Eli Almeida Leandro və Braziliya Parlamentində Braziliya Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşlər keçirib. Keçirilmiş görüşlər çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri, iqtisadi əməkdaşlığın genişləndirilməsi, parlamentlərarası əlaqələrin vacibliyi müzakirə edilib, dövlətlər arasında təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR