İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan üçün hərbi əməliyyatlar üçün əlverişli fürsət yaranıb - Rusiyalı ekspert

İndi Azərbaycanın əlinə güc tətbiqi və hərbi əməliyyatların başlanması üçün kifayət qədər əlverişli fürsət keçib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Universitetinin Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin elmi işçisi Sergey Şeyin erməni mətbuatına verdiyi müsahibəsində danışıb.

Onun sözlərinə görə, Qərbin ciddi təsir göstərmək, danışıqlarda həlledici rol oynamaq üçün müvafiq resursları yoxdur.

"Rusiya öz növbəsində başqa cəbhəyə keçib, buna görə də Ermənistan tərəfindən Moskvanın öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddialar səslənir. Bundan başqa, Azərbaycan Türkiyənin qeyd-şərtsiz dəstəyinə malikdir. Bütün bunlar Bakını problemi hərbi yolla həll etmək istəyini daha da artırır", – deyə ekspert əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR