İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Türkiyə və İsraillə yeni silahların alınmasına dair müqavilələr imzalayacaq

Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi çərçivəsində Azərbaycan Türkiyə və İsraillə yeni silahların alınmasına dair müqavilələr imzalayacaq.

Bunu "APA-Economics"ə açıqlamasında müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

O bildirib ki, Azərbaycan həm Türkiyə, həm də İsrail şirkətləri ilə əməkdaşlığı davam etdirir: "Türkiyə ilə birgə elə silahlar üzərində işləyirik ki, 10-15 il sonra üçün nəzərdə tutulub. Yəni, biz gələcəyə baxırıq. Hətta 20 il qabağa baxırıq. Bu dövlət başçısının tapşırığıdı".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR