Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Azərbaycanda gündəlik neft hasilatı 551 min barel təşkil edəcək.
Musavat.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, ölkə OPEK+ nazirlərinin bu gün keçirilən görüşündə üzərinə məhz bu qədər hasilatı nəzərdə tutan öhdəlik götürüb.
Qeyd edək ki, oktyabr ayında Azərbaycanda faktiki gündəlik neft hasilatı 489 min barel təşkil edib. Bu isə o deməkdir ki, OPEK+ çərçivəsindəki yeni kvota reallıqda hasilatın azaldılmasına gətirib çıxarmayacaq.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ