İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan məktəbliləri Buxarestdə beynəlxalq olimpiadada uğurla çıxış ediblər - FOTO

31 may və 4 iyun tarixləri arasında Azərbaycan məktəbliləri Rumıniyanın paytaxtı Buxarest şəhərində təşkil olunmuş Infomatrix - Beynəlxalq robotexnika, mühəndislik və layihə olimpiasında uğurla çıxış ediblər.

Musavat.com xəbər verir ki, 17 ölkədən 170-ə yaxın komandanın iştirak etdiyi olimpiadada məktəblilərimiz 6 komandada 9 şagird iştirak edib. Finalda iştirak edən 6 komandalardan 2-si fəxri kürsünün ən üst pilləsində yer tutub və platinum medallar qazanib, komandalardan 6-sı qızıl medallar qazanıb, komandalardan 1-i isə gümüş medal qazanıb. Bütün komandalar mühəndislik və robotexnika kateqoriyası üzrə finallarda iştrak edibdir.

Həmçinin, Infomatrix yarışmasının Azərbaycandan olan iştirakçılarını Azərbaycan Respubilkasının Ruminyadakı səfiri Qüdsi Osmanov qəbul edib. Səfir qalibləri təbrik edərək, istedadli, vətənpərvər və bilikli azərbaycan gənclərin hər yerdə olduğu kimi Rumıniyada da Azərbaycan bayrağını yüksək qaldırdıqları üçün onlara təşəkkürünü bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR