İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan kitab sərgisində fəxri qonaq olacaq

"Azərbaycan ilin sonunda Türkiyənin İstanbul şəhərində keçiriləcək kitab sərgisində fəxri qonaq kimi iştirak edəcək".

Musavat.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov 8-ci Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qardaş Türkiyə də ilk dəfə olaraq Azərbaycanda keçirilən beynəlxalq kitab sərgisində fəxri qonaq kimi iştirak edir: "Türkiyə sərgiyə 40-dan çox nəşriyyat, yazıçı və çox gözəl bir pavilyonla qatılıb. Bu, çox gözəl bir ənənədir. Bu ilin sonunda isə İstanbulda keçiriləcək kitab sərgisində Azərbaycan fəxri qonaq kimi dəvət olunub, biz də bu dəvəti məmnuniyyətlə qəbul etmişik. Həmin sərgidə fəxri qonaq kimi iştirak edəcəyik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR