İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı

Bu ilin ilk 6 ayında müxtəlif hadisələrdən zərər çəkmiş kənd təsərrüfatı istehsalçılarına ümumilikdə 4 milyon 435 min manat aqrar sığorta ödənişi həyata keçirilib.

Musavat.com Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ümumi sığorta ödənişlərində 55 faiz, əkin sahələri üzrə sığorta ödənişlərində isə təqribən 2 dəfə artım baş verib.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə ölkədə 2 milyon 864 min manat sığorta ödənişi həyata keçirilmişdi.
Fondun məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilən 4 milyon 435 min manat sığorta ödənişindən 4 milyon 246 min manat əkin sahələri üzrə, 189 min manat sığorta ödənişi isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib. 2024-cü ilin ilk yarım ilində əkin sahələri üzrə 2,2 milyon manat sığorta ödənişi edilmişdi.

İlin birinci yarısında müxtəlif hadisələrdən zərər çəkən əkin sahələri ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz artaraq 17 min hektara çatıb.

Fondun məlumatına görə, ilk yarım ildə ən böyük sığorta ödənişləri buğda-arpa (2,5 milyon manat), pambıq (577 min manat), qarğıdalı (447 min manat), günəbaxan (196 min manat) və tütün bitkiləri (174 min manat) üzrə həyata keçirilib. Bundan başqa, ilk yarım ildə meyvə bağları üzrə 170 min manata yaxın sığorta ödənişi edilib.

Yanvar-iyun aylarında ən çox sığorta ödənişi həyata keçirilən rayonlar arasında Füzuli (645,5 min manat), Ağcabədi (607,4 min manat), Tovuz (322 min manat), Tərtər (301 min manat), Ağsu (273 min manat) və başqalarını qeyd etmək mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR