İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan heç bir şəkildə təsirlənməyəcək - Zərər görən Ermənistan olacaq

“BMT TŞ-nin verəcəyi hər hansı ədalətsiz qərar bölgədəki vəziyyəti çətinləşdirə, sülhü gecikdirə bilər. Bundan Ermənistan zərər görəcək. Ona-buna sığınmaqdansa, oturub özü qərar versin. Problemin həlli Paris, Brüssel, Nyu-York və Moskvada deyil, bölgədədir. Problemin həlli Bakıdadır”.

Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib. O bildirib ki, Ermənistan yalanları ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır:

“Lakin Qarabağda “humanitar fəlakət”in baş vermədiyi aydındır. BMT belə qərar alacaqsa, bölgəyə gəlib baxsın. Özü görəcək ki, belə bir fəlakət yoxdur. Ermənistan heç özü bilmir ki, nəyə nail olmaq istəyir. Tək istəyi zamanla oynamaqdır. Ermənistan hələ də 44 günlük Vətən müharibəsinin təsirindən çıxa bilmir. Bunu qəbul etmədikcə, həm cəmiyyəti, həm də təşkilatları yalanları ilə məşğul edir və edəcək”.

 41793c99-5ac0-442e-ae28-fba970560df9_850.jpg (38 KB)

Politoloq qeyd edib ki, BMT-nin 1993-cü ildə qəbul etdiyi qərarlarda Ermənistandan tələb edilirdi ki, işğal etdiyi torpaqlardan çəkilsin:

“Lakin çəkilmədi, torpaqlar 30 il işğal altında qaldı. BMT-nin görəcəyi işi Azərbaycan etdi. Yəni regiondakı ədaləti bərpa etdi. Əgər BMT Ermənistana inanırsa, regionu yeni bir alova sürüklədiyini bilməlidir. BMT-nin verəcəyi qərar zibil qutusuna atılacaq kağız parçası olacaq.

Dediyimiz kimi, it hürəcək, karvan keçəcək. Bundan Azərbaycan heç bir şəkildə təsirlənməyəcək. Amma Ermənistan zərər görəcək. Bir daha qeyd etmək istəyirəm ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır. Məsuliyyəti də Azərbaycana aiddir”.

Sabiq səfir əlavə edib ki, qıraqdan kiminsə qarışmağa haqqı yoxdur, onlar sadəcə suyu bulandırır:

“Problemin həllinə heç bir töhfələri yoxdur. Brüssel və Rusiyada danışıqlar oldu. Hər birində sülh yaxın idi. Sonra nə oldu? Unutmayaq ki, sülhün uzanması Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinə də təsir edir. Çünki Türkiyə heç vaxt Azərbaycan qarşı çıxmayacaq. Bütün bunlardan isə zərər görəcək ölkə Ermənistandır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR