İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan düşmənlərinin “müstəqil” Ermənistanı

Belə... Azərbaycan-İsrail, Azərbaycan ABŞ münasibətləri ilə bağlı hansısa bir addım atılan zaman “daş atan, başını tutan” İranın Ermənistandakı səfiri Mehdi Sobhani rəsmi İrəvanın Qərblə münasibətlərinə elə münasibət bəsləyib, adam az qala demək istəyir ki, bundan əməli-saleh diplomat yox imiş...  

Görün Sobhani nələr deyib: “Ermənistan müstəqil dövlətdir və İran xarici siyasətin şaxələndirilməsini Ermənistan Respublikasının təbii hüququ hesab edir. İran isə Ermənistan Respublikası ilə münasibətlərin şaxələndirilməsinin tərəflərindən biri olub”. Diqqət edin, Ermənistanın şaxələnməsindən ürəkdolusu danışır, amma Azərbaycanın anoloji siyasət yürütməsi halında şivən qoparır: ay İranın qırmızı xətti, ay qoymayın, din əldən getdi, İrana təhdid yarandı. Amma hansı ki, Azərbaycan ilk gündən bəyan edib ki, onun ərazisindən qonşu ərazilərə qarşı istifadə oluna bilməz, o cümlədən İranın. Ermənistan isə...Sobhani bilməmiş deyil, İrəvandakı ABŞ səfirliyində azı 2 minlik kontingent var, adı diplomat, özü kəşfiyyatçı, hərbçi. Onlar İrəvana niyə toplaşıb? ABŞ niyə onlara bu qədər xərc çəkir? Bu sualların cavablarını bilmirsə, bilənlərdən soruşsun iranlı diplomat. Yaxud Avropa İttifaqının Ermənistandakı kəşfiyyatçı missiyasının şərti sərhədlər boyunca yerləşməsi nədən İranı və onun səfirini narahat etmir? Məgər avropalı kəşfiyyatçılar yalnız Azərbaycana görəmi bölgəyə yerləşiblər? Hər halda onların Zəngəzur dəhlizi istiqamətində yerləşmək istəyi və Rusiyanın müqaviməti ilə üzləşmələri Sobhanini maraqlandırmalı idi. 44 günlük müharibədən sonra tələsik qaydada Qafanda baş konsulluq açan İran nədənsə avropalı emissarların bölgədə post qurmalarına “tolerant” yanaşır, xüsusilə də Sobhani.

Today, Armenia is at the sensitive turns of history”- Mehdi Sobhani |

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Tehranda Ermənistanın Aİ və Qərblə yaxınlaşması ilə bağlı birmənalı olmayan təsəvvürə malik ola biləcəyi barədə geniş yayılmış narahatlıq dolu fikirlərdən bəhs edərkən az qalıb Paşinyansayağı çörəyə and içsin ki, İrəvanla Qərb arasında əlaqələrin İrana ziyanı yoxdur.  Görün sonra nə deyib: “Biz Ermənistanın adını çəkdiyiniz ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi imkanını İrana qarşı atılan addım kimi qiymətləndirmirik. Ermənistan sadəcə olaraq, müxtəlif yollarla - öz ölkəsinin xeyrinə münasibətlərini şaxələndirməyə çalışır. Ermənistan müstəqil ölkədir. Ermənistan isə müstəqil dövlətdir”. Bah, Ermənistan müstəqil dövlət imiş. Necə müstəqil dövlətdir ki, Rusiya və Qərb paytaxtları bu ölkədə at və it oynadır? Yaxud İran “müstəqil dövlət”in Zəngəzur dəhlizi ilə bağlı öhdəliyinə əməl etməsinə imkan vermirsə, onun müstəqilliyi olmaz olsun, necə ki, yoxdur. Nikol Paşinyan özü etiraf edib ki, ölkəsinin kadastr sənədi yoxdur və real Ermənistan qurmağa çalışır. Bütün bunlardan sonra Sobhani Ermənistanı müstəqil sayır... Yəqin indi Paşinyan özü də şok içində mat-məəttəl qalıb.   

 Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub... - Baki-Xeber.com

Səfir ardınca bildirib: “Biz ona deyə bilmərik ki, filan dövlətlə münasibət qurun, filan ölkə ilə əlaqələr qurmayın. Biz sadəcə olaraq Ermənistanın xarici əlaqələrinin inkişafının İranla münasibətlərə necə kömək edəcəyini düşünürük”. Azərbaycanın daxili işlərinə o qədər burnunuzu soxmusunuz, onda nə əcəb müstəqillik, suverenlik yadınıza düşməyib?!

Bu arada, İran-Azərbaycan münasibətlərini pozmaq üçün cəhdlər isə davam edir. İrandakı mühafizəkar siyasi cərəyana mənsub və Məsud Pezeşkianın rəqiblərinə yaxın olan İslami Təbliğat Təşkilatının əməkdaşı Şeyx Yunis Turabi isə İran və Azərbaycan prezidentlərinə həqarət edib. Pezeşkianın Azərbaycanla normal münasibətlərindən qeyzlənib və onun ABŞ ilə danışıqlara üstünlük verməsinə sərt reaksiya verib. Sitat: “Bir kəndi idarə edə biləcək səviyyədə olmayan adamı ölkənin başına gətirəndə əlbəttə ki, o özünü itirib və Amerikanın düşmən olmadığını iddia edəcək”. Gunaz.tv yazıb ki, iranlı gəncləri şəhid olmaq üçün hazırlaşmağa çağıran Şeyx Yunis Turabi, 12 günlük İran-İsrail qarşıdurması zamanı ailəsi ilə birlikdə Tehranı tərk edərək Sarabın Ərzənq kəndinə sığınmışdı. Bax, belə. “Gəlin yığışaq, gedin müharibəyə” deyənlər regionda sabitliyin yaranmasını qəti şəkildə istəmirlər. O cümlədən də İranın Ermənistandkı səfiri Paşinyan hakimiyyətinin Qərblə əlaqələrinə, Avropadan milyardlarla avroluq maliyyə almasına, NATO və Avropa İttifaqının Zəngəzur dəhlizində hətta “post” qurmaq üçün hazırlaşmasına sakit yanaşmaqla nümayiş etdirir ki, onun işi-gücü Azərbaycanın daşı ilə əlləşməkdən ibarətdir.

Azərbaycan-İran münasibətləri kökdən qaynaqlanır

Buyurun, Söhbani deyib ki, bu yaxınlarda Ermənistanda Dünya Bankı və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İran şirkəti tərəfindən həyata keçirilən tullantıların emalı zavodunun açılış mərasimində iştirak edib. “Hazırda Meğri gömrüyündə biz layihə həyata keçiririk, onun maliyyələşdirilməsi Avropa bankları vasitəsilə həyata keçirilir. Biz gözləyirik ki, Ermənistan İranla münasibətləri inkişaf etdirmək üçün Avropa və digər ölkələrlə olan yaxşı münasibətlərindən istifadə etsin. Və qeyd etməliyəm ki, Ermənistan hökuməti bizi əmin edib ki, xarici əlaqələrin inkişafı İran və Ermənistan arasındakı münasibətlərə qarşı yönəlməyib. Biz erməni dostlarımıza güvənirik və Ermənistan hökuməti İranla münasibətlərini çox incə saxlayır və qoruyur, çünki baş verənlər iki ölkənin və iki xalqın maraqlarına uyğundur. Bu, ticarətin inkişafına, iki ölkə arasında iqtisadi əlaqələrin fəallaşmasına, turizmin, mədəni əməkdaşlığın inkişafına töhfə verir. Və bütün bunlar həm İranın, həm də Ermənistanın iqtisadiyyatının inkişafına töhfə verir”.

İran-Azərbaycan münasibətləri. Oxu.az Saytında İran-Azərbaycan münasibətləri  mövzusunda son xəbərlər - Oxu.az

Təbii ki, bu, Sobhaninin özfəaliyyəti deyil, İranın mühafizəkar qanadından, SEPAH-dan, ETTELAT-dan qaynaqlanan siyasətdir. İranın dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bu günlərdə Pakistanın İranda səfərdə olan daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə demişdi: “Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan islam dünyasının xeyrinə olmayan hərəkətlər edir”. “İslama qarşı” olan da nə imiş? Vilayəti: “Azərbaycan Əhməd əş-Şara və sionist rejimin nümayəndələrinin görüşünü təşkil edir, İsrailin fələstinlilərə qarşı cinayətləri ilə eyni vaxtda İsrailə neft göndərir”. Üstəlik, Vilayəti buna görə Pakistanı Azərbaycan Respublikasından hesabat istəməyə çağırmışdı absurd şəkildə: “Siz onlardan müsəlmanların və islam dünyasının mənafeyinə zidd olan hərəkətləri niyə etdikləri barədə soruşmalısız”.

Irevan has no option left to give this one, not this one"

Adama deyərlər, necə olur Ermənistanın istənilən ölkə ilə əməkdaşlığı onun daxili işi olur, amma Azərbaycan bölgədə sülh və təhlükəsizliyə töhfə verəndə “İslama zidd” addım atır? Yaxud sabah Ermənistan amerikanların dediyi kimi, İbrahim sazişinə qoşulmaq istiqamətində addım atsa, Sobhani, Vilayəti və digər Azərbaycan düşmənləri nə deyəcəklər?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR